top of page

Siz, hansı suyu içirsiniz?

Updated: Dec 19, 2025

Siz, hansı suyu içirsiniz?


Adətən, yay fəslində çoxlu su içirik. Təbii ki, istidir və orqanizm çoxlu miqdarda su tələb edir. Biz nə edirik? Mağazaya yollanırıq və diqqətlə nəzər yetirmədən rəflərdə olan istənilən su şüşəsini alırıq. Bizə elə gələ bilər ki, içməli suda təhlükəli nə ola bilər?! Bir çoxları əmindir ki, içməli sudan sağlamlığa heç bir zərər gələ biməz. Amma bu, göründüyü qədər sadə və asan deyil.

İlk baxışdan, su şüşüələrinin istehsalı sadə bir proses kimi görünə bilər – istehsalçı suyu çıxarır və konteynerlərə tökür. Yalnız, burda bəzi faktoları bilmək çox vacibdir. Məsələn, bu suyun mənbəyi hardan gəlir və hansı üsülla onu istifadə ediləcək vəziyyətə gətirirlər?

Su istehsalının müxtəlif üsülları var. Onlardan biri – suyu tamamilə, sıfır dərəcəsində təmizlənməsi və sonra süni üsülla minerallaşdırılmasıdır. Müasir su təmizləmə texnologiyaları, əsasən “əks osmos” üsulu, demək olar ki, steril su almağa imkan verir. Ancaq, tam təmiz su da, sağlamlıq üçün çox faydalı deyil. Təəsüf ki, distillə edilmə xüsusiyyətlərinə yaxınlaşaraq, su bu vəziyyətdə həm zərərəli, həm də faydalı maddələrədən məhrum olur.

Suların hardan əldə ediməsi əhəmiyyət daşımır - istər yeraltı su qaynaqlarindan, istərsə də su borularından; bu sular istifadə üçün faydalı deyil. Belə su, iki mərhələdə istehsal olunur: ilk növbədə, su borularından gələn suyu təmizləyərək distillə edimiş su vəziyyətinə gətirilir, sonra tərkibi kimyəvi qida maddələrindən ibarət olan minerallar tətbiq olunur.

Su sağamlığımız üçün çox vacib həyati rol oynayır. İndiki mövcud olan ekoloji vəziyyətdə insan orqanizminin təbii və təmiz mineral suya ehtiyaci var. Buna görə də, hansı suyu içdiyinizi düşünün - təbii minreal tərkibli “canlı” su və ya qida əlavləri ilə “süni” distilləşdirilmiş su! Əbəs yerə demirik ki, hər şeydən vacib sağlamlıqdır, qalan her şey ikinci dərəcəli!

 
 
bottom of page